Bank Of Baku

Səməd Seyidov Çin səfiri ilə görüşüb

Səməd Seyidov Çin səfiri ilə görüşüb
# 25 fevral 2010 16:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Can Yannyan ilə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və tələbə mübadiləsi, ADU-da Çin dili və mədəniyyəti mərkəzinin yaradılması məsələsi müzakirə olunub. S. Seyidov bildirib ki, yaradılacaq mərkəz təkcə Dillər Universiteti üçün deyil, hamı üçün açıq olacaq: “Gələcəkdə Çin universitetlərində Azərbaycan dilinin tədris olunması da məqsədəuyğun olar”.

Azərbaycanda 200-dən artıq çinli tələbənin təhsil aldığını bildirən səfir isə deyib ki, Çin universitetlərində Azərbaycan dilinin tədris olunmasına müsbət yanaşır: “Azərbaycanın bir sıra ali təhsil ocaqlarının Çinin müxtəlif universitetləri ilə əlaqələri mövcuddur. ADU-da yaradılacaq Çin dili mərkəzi ideyasının reallaşması və ADU ilə Çinin universitetlərinin əməkdaşlığı bu sahədə atılmış müsbət bir addım olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR