Bank Of Baku

Zaqatalada «Əsrin faciəsi» adlı tədbir keçirilib

Zaqatalada «Əsrin faciəsi» adlı tədbir keçirilib
# 25 fevral 2010 18:40 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş «Əsrin faciəsi» adlı tədbir keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.

Məlumata görə, Zaqatala rayon Uşaq Yaradıcılıq Mərkəzində təşkil edilmiş tədbirdə Zaqatala rayon İcra Başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqanlarının işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkünlər iştirak edib. Tədbirdən öncə iştirakçılar Xocalı soyqırımına həsr edilmiş fotosərgiyə baxış keçiriblər. Tədbir Xocalı faciəsinin qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən M. Əhmədzadə vəhşiləşmiş erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının qüvvələri ilə birlikdə 18 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğın barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə Zaqatalada məskunlaşan Xocalılar adından Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına müraciət qəbul edilib.

Sonda rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə müvafiq yardım göstərilib.

Qeyd edək ki, respublikanın şimal-qərb bölgəsinin digər rayonlarının ümumtəhsil və orta məktəblərində, idarə və müəssisələrində də Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq anım mərasimləri keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR