Bank Of Baku

«BP-Azerbaijan» ötən il Azərbaycanda davamlı inkişaf təşəbbüslərinə 3 mln. dollar xərcləyib

«BP-Azerbaijan» ötən il Azərbaycanda davamlı inkişaf təşəbbüslərinə 3 mln. dollar xərcləyib
# 26 fevral 2010 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində «BP-Azerbaijan» şirkəti öz tərəfdaşları ilə birgə irimiqyaslı davamlı inkişaf təşəbbüslərinin icrasına 3 mln. ABŞ dolları məbləğində vəsait xərcləyib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətin formalaşması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir: «Azərbaycan iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədi ilə «BP-Azerbaijan» və onun tərəfdaşları yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR