Bank Of Baku

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Xocalı köçkünlərini qəbul edib

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Xocalı köçkünlərini qəbul edib
# 26 fevral 2010 08:10 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev Xocalı şəhərindən olan məcburi köçkün ailələrinin nümayəndələrini qəbul edib.

Sumqayıt ŞİH başçısının müşaviri Teymur Vəliyevin APA_ya verdiyi məlumata görə, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxış edən Vaqif Əliyev 18 il öncə fevralın 25-dən 26-na keçən gecə azğın erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə strateji əhəmiyyətə malik Xocalıya hücum etdiklərini və tarixdə misli görünməmiş cinayət törədərək şəhərin dinc, əliyalın sakinlərinə qarşı dəhşətli qəddarlıq nümayiş etdirdiklərini bildirib. O, dünyanın onlarla dövlətində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirildiyini və Azərbaycan xalqının bu vəhşiliyi, soyqırımı heç vaxt unutmayacağını söyləyib.

Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə şəhər başçısına minnətdarlıqlarını bildiriblər. Sonda 87 Xocalı köçkünü ailəsinə maddi yardım təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR