Bank Of Baku

Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Lənkəranda silsilə tədbirlər keçirilib - FOTO

Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Lənkəranda silsilə tədbirlər keçirilib -<font color=red> FOTO</font>
# 26 fevral 2010 08:22 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. 1992-ci il fevralın 26-da ermənilər tərəfindən törədilmiş Xocalı faciəsinin 18-ci ildönümü Lənkəranda silsilə tədbirlərlə anılıb. APA-nın cənub bürosunun məlumatına görə, şəhərin küçə və meydanlarında faciənin dəhşətlərini əks etdirən şəkil və plakatlar asılıb, şəhər İcra Hakimiyyətinin xüsüsi tədbirlər planına əsasən rayonun bütün idarə və təşkilatlarında, səhiyyə, mədəniyyət və təhsil müəssisələrində Xocalı soyqırımına aid elmi-praktik konfranslar, ədəbi-bədii gecələr, disputlar keçirilib, yerli rəssamların rəsm əsərlərindən ibarət sərgilər düzənlənib.
Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə fevralın 21-dən başlayan “Xocalı soyqırımına biganə qalmayın!” elektron-poçt kampaniyasına minlərlə gənc qoşularaq dünyanın bütün humanitar təşkilatlarının, səfirliklərinin, ABŞ konqresmenlərinin ünvanına məktublar göndəriblər.

Bu gün isə səhər saatlarından başlayaraq rayon sakinləri, o cümlədən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhərin mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələrək önünə əklil qoyublar.
Anım tədbirləri axşam saatlarına kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR