Bank Of Baku

«Bakı-Kiyev» qatarında Azərbaycan vətəndaşında 50 min ABŞ dolları aşkarlanıb

«Bakı-Kiyev» qatarında Azərbaycan vətəndaşında 50 min ABŞ dolları aşkarlanıb
# 26 fevral 2010 08:37 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rostov gömrükçüləri «Bakı-Kiyev» qatarında 50 min ABŞ dolları aşkarlayıblar. APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, Qukovo dəmiryol keçid məntəqəsində qatarda aparılan gömrük nəzarəti zamanı 1 saylı vaqonun kupelərindən birinin tavanında 100 ABŞ dolları dəyərində 500 əsginas aşkarlanıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsinə müəyyən olunub ki, tapılan valyuta vaqon bələdçisi 48 yaşlı Azərbaycan vətəndaşına məxsusdur. Bələdçi bildirib ki, həmin pulla Ukraynada avtomobil almağı planlaşdırıbmış. Bələdçi saxlanılıb, pul müsadirə olunub.
Hazırda həmin faktla bağlı qaçaqmalçılıq maddəsi ilə cinayət işinin qaldırılması məsələsinə baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR