Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Azərbaycanın bəzi rayonlarında qar yağacaq
# 26 fevral 2010 08:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 6-8 dərəcə, axşam 3-5 dərəcə isti olacaq.

Fevralın 27-də hava şəraitinin tutqun olacağı, az çiskinli yağış yağacağı, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Fevralın 28-də havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.

Martın 1-də havanın buludlu olacağı, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 27-də havanın yağıntılı olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Fevralın 28-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Martın 1-də gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR