Bank Of Baku

“Ətraf mühit və biz” mövzusunda olimpiada keçiriləcək

“Ətraf mühit və biz” mövzusunda olimpiada keçiriləcək
# 26 fevral 2010 09:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Bakı şəhərinin ümumtəhsil məktəblərinin V - XI sinif şagirdlərinin iştirakı ilə “Ətraf mühit və biz” mövzusunda olimpiada keçirəcək. BŞTİ-dən APA-ya veilən məlumata görə, martın 1-dən start veriləcək olimpiada 2010-cu il “Ekologiya ili” çərçivəsində şagirdlərin ekoloji biliklərinin artırılması, intellektual və yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi, ölkədə ekoloji maarifləndirmənin gücləndirilməsi məqsədini daşıyır. Olimpiadanın I mərhələsi hər bir məktəb üzrə 1 - 20 mart, II – rayon mərhələsi 25 - 31 mart, III – yekun mərhələ isə aprel ayının birinci ongünlüyündə təşkil olunacaq. Qiymətləndirmə ən yaxşı referatlar, ən yaxşı layihələr, ən yaxşı internet resursları, ən yaxşı videomateriallar, ən yaxşı fotoalbomlar, ən yaxşı ədəbi-bədii nümunələr, ən yaxşı xəritələr nominasiyaları üzrə aparılacaq. Hər bir nominasiya üzrə 1 birinci yer, 2 ikinci yer, 3 üçüncü yerin müəyyən edilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR