Bank Of Baku

“Akkord” nümayəndələri Naftalanda yerləşən Xocalı məktəblilərini ziyarət ediblər - FOTO

“Akkord” nümayəndələri Naftalanda yerləşən Xocalı məktəblilərini ziyarət ediblər - <font color=red>FOTO</font>
# 26 fevral 2010 11:25 (UTC +04:00)
Bakı-APA. “Akkord” Şirkətlər Qrupunun nümayəndələri 26 fevral Xocalı soyqırımı günü ilə əlaqədar olaraq Naftalan şəhərindəki Səməd Vurğun adına 2 saylı Naftalan şəhər məktəbində yerləşən 1 saylı Xocalı məktəbinə baş çəkiblər. Şirkətdən APA-ya verilən məlumata görə, Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Quliyevanın rəhbərlik etdiyi qrup məktəbin şagird və müəllim kollektivi tərəfindən qarşılanıb. 154 Xocalı məktəblisinin təhsil aldığı Səməd Vurğun adına 2 saylı Naftalan şəhər məktəbində yerləşən 1 saylı Xocalı şəhər orta məktəbinin direktoru Vidadi Rəhimov gələn qonaqları məktəb kollektivinə təqdim edib. Afaq Quliyeva məktəblilər qarşısında çıxış edib. Xocalı faciəsinin Azərbaycanın bütün vətənpərvər insanlarının qan yaddaşında yaşadılmalı olduğunu vurğulayan departament rəhbəri “Akkord” rəhbərliyinin bu məsələlərə münasibətdə yüksək həssaslığını dilə gətirib. Şirkət nümayəndələri məktəbin şagird və müəllim kollektivi üçün nəzərdə tutulmuş hədiyyələri təqdim ediblər.
Xocalı rayon Təhsil Şöbəsinin nümayəndəsi Xəyyam Cəfərov çıxış edərək “Akkord” rəhbərliyinə və onun kollektivinə minnətdarlığını bildirib.
Tədbirin sonunda Afaq Quliyeva 1saylı Xocalı məktəbinin kitabxanası üçün bir neçə qiymətli kitabı və şirkətin loqosu olan xüsusi hədiyyəni və Şirkətin bayrağını məktəb rəhbərliyinə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR