Bank Of Baku

Sabah Bakı və Sumqayıtın orta məktəblərinin XI sinif şagirdləri mərkəzləşmiş sınaq imtahanı verəcəklər

Sabah Bakı və Sumqayıtın orta məktəblərinin XI sinif şagirdləri mərkəzləşmiş sınaq imtahanı verəcəklər
# 26 fevral 2010 15:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Təhsil Nazirliyi sabah Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin XI sinif şagirdləri, fevralın 28-də isə IX sinifləri üçün mərkəzləşmiş sınaq imtahanları təşkil edəcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sabahkı imtahanda Bakıda 73 imtahan mərkəzində 27 minə yaxın, Sumqayıtda isə 11 imtahan mərkəzində 5 minə yaxın şagird öz biliyini sınayacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə isə, XI siniflərdə hər otaqda 18, IX siniflərdə isə 24 şagird yerləşdiriləcək. XI sinif şagirdləri 8 fəndən - Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və xarici dildən imtahan verəcəklər. Artıq imtahanda iştirak edəcək nəzarətçilərin siyahısı müəyyənləşib. Hər rayon üzrə 300-ə yaxın nəzarətçi imtahanlara cəlb olunacaq. Müəyyən olunan nəzarətçilər qeyri-ixtisas fənn müəllimləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR