Bank Of Baku

ADU-nun pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımovla görüş keçirilib

ADU-nun pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımovla görüş keçirilib
# 27 fevral 2010 12:57 (UTC +04:00)
Baki - APA. Fevralın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) praktik alman dili kafedrasının təşkilatçılığı ilə ADU-nun pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımovla görüş keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə ənənəvi pedaqogika ilə milli pedaqogikanın oxşar və fərqli cəhətləri müzakirə olunub.

N. Kazımov bildirib ki, məşğələlər zamanı biliklə yanaşı, tələbələrə həm tərbiyə aşılanmalı, həm də onların psixi inkişafının əlamətləri öyrənilməlidir. Tədrisdə milli və ümumbəşəri ideologiyalar aşılanmalıdır ki, bu kontekstdə də güclü vətəndaş yetişdirmək mümkündür. Digər pedaqoji problemlərin də müzakirə edildiyi görüşün sonunda N. Kazımov müəllifi olduğu “Pedaqoji ustalığın problemləri” kitabını kafedraya hədiyyə edib, həmçinin gənc müəllimlərə məsləhət və tövsiyələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR