Bank Of Baku

Azərbaycan baş nazirinin müavini İhsan Doğramacının vida və dəfn mərasimlərinə qatılmaq üçün Türkiyəyə gedib

Azərbaycan baş nazirinin müavini İhsan Doğramacının vida və dəfn mərasimlərinə qatılmaq üçün Türkiyəyə gedib
# 27 fevral 2010 14:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti məşhur alim, ictimai xadim İhsan Doğramacının vida və dəfn mərasimlərinə qatılmaq üçün Türkiyəyə yola düşüb. APA-nın məlumatına görə, E. Əfəndiyev fevralın 27-də Ankaradakı Hacəttəpə və Bilkənt universitetlərində keçirilən vida mərasimlərinə qatılıb. Onun fevralın 28-də keçiriləcək dəfn mərasimində də iştirak edəcəyi gözlənilir. İ. Doğramacı Ankarada atasının şərəfinə inşa etdirdiyi Doğramacızadə Əli Paşa Məscidinin bağçasında dövlət mərasimi ilə dəfn olunacaq.

Qeyd edək ki, İ. Doğramacı fevralın 25-də 95 yaşında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR