Bank Of Baku

Azərbaycan ombudsmanı 2009-cu il üzrə illik məruzəsini Milli Məclisə təqdim edib

Azərbaycan ombudsmanı 2009-cu il üzrə illik məruzəsini Milli Məclisə təqdim edib
# 01 mart 2010 08:16 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkilin illik məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və baş prokurora da göndərilib.

Məruzə Milli Məclisin iclasında dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədi ilə qəzetdə, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nda və digər mətbu orqanlarda dərc olunacaq.

İllik məruzədə Ombudsman haqqında Konstitusiya Qanununa əsasən, Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş ümumiləşdirilmiş təklif və tövsiyələri öz əksini tapıb.

İllik məruzənin Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR