Bank Of Baku

Tərtər sakininin həyətyanı sahəsində mina tapılıb

Tərtər sakininin həyətyanı sahəsində mina tapılıb
# 01 mart 2010 08:44 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu – APA. Tərtər rayonunun Seydimli kənd sakini Əzizova Nazilə Hüseyn qızına məxsus həyətyanı sahədə 1 ədəd qumbaraatan mərmisi tapılıb. Tərtər rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev APA-nın Qarabağ bürosuna bildirib ki, ev sahibəsi həyətində təmizlik işləri apararkən naməlum əşyaya toxunub. Məlum olub ki, onun toxunduğu naməlum əşya döyüş sursatıdır. N. Əzizova dərhal yerli icra orqanlarına məlumat verib.

Hadisə yerinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun mina təhlükəsizliyi aksiyası üzrə əməkdaşları və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri gəliblər. Hadisə yeri artıq nəzarətə götürülüb. Günortadan sonra ərazidə axtarış-təmizləmə işləri aparılacaq, mərmi isə götürülərək təhlükəsiz ərazidə zərərsizləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR