Bank Of Baku

Azərbaycan ərazisində yağmurlu hava şəraiti proqnozlaşdırılır

Azərbaycan ərazisində yağmurlu hava şəraiti proqnozlaşdırılır
# 01 mart 2010 08:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı və Abşeron yarımadasında martın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 10-12 dərəcə, axşam 5-7 dərəcə isti olacaq.

Martın 2-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

Martın 3-də havanın buludlu olacağı, arabir açılacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin, axşama doğru isə az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq.

Martın 4-də havanın buludlu olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 2-də arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi cənub rayonlarında yağıntının intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Martın 3-4-də havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Martın 4-də gündüz qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 3-6 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, buludlu və rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR