Bank Of Baku

“Çökmə örtüyünün geoloji mühitinin fiziki-mexaniki vəziyyətinə müasir geodinamikanın təsiri” mövzusunda beynəlxalq seminar başlayıb

“Çökmə örtüyünün geoloji mühitinin fiziki-mexaniki vəziyyətinə müasir geodinamikanın təsiri” mövzusunda beynəlxalq seminar başlayıb
# 01 mart 2010 09:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda “Çökmə örtüyünün geoloji mühitinin fiziki-mexaniki vəziyyətinə müasir geodinamikanın təsiri” mövzusunda beynəlxalq seminar başlayıb. APA-nın məlumatına görə, 3 gün davam edəcək tədbirdə Azərbaycan, Almaniya, Fransa, Rusiya və Gürcüstan alimləri Qafqazın və Cənubi Xəzər hövzəsinin geodinamik şəraiti və seysmik təhlükələrini müzakirə edəcəklər.

Seminarda çıxış edən AMEA-nın müxbir üzvü Hətəm Quliyev bildirib ki, son vaxtlar Yer kürəsinin müxtəlif bölgələrində zəlzələ və sürüşmə hadisələri, iqlim dəyişmələri çox böyük təhlükələrə gətirib çıxarır: “Bu təhlükələr bizi dərindən düşündürür. Dünyada zəlzələlərin artımı ciddi geoloji təhlükələrdən xəbər verir. Uzun illərdir Geologiya İnstitutunda bununla bağlı tədqiqatlar aparılır. Seminarda Avropa və MDB-dən olan alimlərin iştirakı ilə baş verən hadisələrin səbəbləri haqqında fikirlərimizi bölüşəcəyik”.

H. Quliyev deyib ki, seminarda iştirak edən ölkələr beynəlxalq konsorsium yaratmaq qərarına gəliblər: “Konsorsium Avropa Birliyinin təklif etdiyi çərçivə proqramı daxilində yaradılıb. Konsorsiumda iki İtaliya universiteti, iki Almaniya universiteti, Fransa və Böyük Britaniyanın hərəsindən bir elmi mərkəz və Geologiya İnstitutu iştirak edir. Konsorsiumla bağlı yekun qərar Avropa Birliyi tərəfindən aprel ayında veriləcək”.

Mütəxəssis il ərzində Azərbaycanda minlərlə zəlzələ olduğunu söyləyib: “Lakin bu zəlzələlər o qədər də qorxulu deyil. Kiçik zəlzələlər böyük zəlzələ enerjisinin yığılmasının qarşısını alır. Ölkə ərazisində son zamanlar baş verən torpaq sürüşmələri isə intensiv yağıntılarla əlaqədardır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR