Bank Of Baku

Mart ayında Azərbaycanda 14 gün iş olmayacaq

Mart ayında Azərbaycanda 14 gün iş olmayacaq
# 01 mart 2010 10:17 (UTC +04:00)
Ümumilikdə Azərbaycanın qüvvədə olan Əmək Məcəlləsinə əsasən 8 mart – Beynəlxalq Qadınlar günü həftənin bazar ertəsinə düşdüyündən iş günü olmayacaq. Nazirlər Kabinetinin 2009-cu ilin noyabr ayında qəbul etdiyi qərara əsasən martın 20, 21, 22, 23 və 24-ü Azərbaycanda Novruz bayramı hesab olunur və qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir. Lakin Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir. Martın 20-si və 21-i həftənin şənbə və bazar günlərinə düşdüyündən, martın 25-i və 26-sı da qeyri-iş günü hesab olunur. Təqvimə əsasən martın 27-si şənbə, 28-i isə bazar günləridir və həmin günlər də qeyri-iş günüdür. Bununla Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycanda 9 gün qeyri-iş günü sayılır.

Digər istirahət günləri də nəzərə alınsa, ay ərzində Azərbaycanda 14 gün iş olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR