Bank Of Baku

Azərbaycan ərazisində mart ayı üçün hava proqnozu

Azərbaycan ərazisində mart ayı üçün hava proqnozu
# 01 mart 2010 10:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Mart ayında Azərbaycan ərazisində hava şəraitində keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunacaq. Ay ərzində ümumi temperatur rejiminin iqlim normasına yaxın, üçüncü ongünlükdə normadan bir qədər yüksək olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, respublika ərazisində yağıntılar qeyri-bərabər paylanacaq. Aylıq yağının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan çox olacağı ehtimalı var.

Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3-7, gündüzlər 7-12 dərəcə isti, ayın sonunda isə 16 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasında yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 20-27 mm) olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-7 dərəcə isti, ayın sonunda isə 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi gecələrdə 0-2 dərəcə şaxta gözlənilir. Gündüzlər havanın temperaturu 8 -13 dərəcə isti, ayrı-ayrı günlərdə 16-20 dərəcəyədək isti təşkil edəcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 22-44 mm) bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ-Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti, ayın birinci yarısında 0-2 dərəcə şaxta olacağı gözlənilir ki, bu da orta hesabla iqlim normasına yaxındır. Gecələr 0-3 dərəcə şaxta olacaq, ayrı-ayrı gecələrdə temperatur mənfi 5 dərəcəyədək enəcək, ayın sonunda isə 1-5 dərəcə isti təşkil edəcək. Gündüzlər 2-7 dərəcə isti, ayrı-ayrı günlərdə 0-2 dərəcə şaxta olacaq, ayın sonunda isə temperatur 10-13 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 41-52 mm) bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-5 dərəcə isti, bəzi gecələrdə 0-2 dərəcə isti olacaq. Gündüzlər 7-12 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 14-17 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 19-28 mm) bir qədər çox olacağı proqnozlaşdırılır.

Balakən-Şəki-Zaqatala-Oğuz-Qəbələ, Şamaxı-İsmayıllı-Xızı, Siyəzən, Dəvəçi, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturunun 3-5 dərəcə isti, ayın əvvəlində 0-2 dərəcə şaxta, üçüncü ongünlükdə isə 6-8 dərəcə isti olacağı gözlənilir. Orta hesabla orta temperatur iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 1-5 dərəcə isti, bəzi gecələrdə 0-5 dərəcə şaxta gözlənilir. Gündüzlər 6-11 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 13-16 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 24-90 mm) bir qədər çox olacağı gözlənilir.

Mərkəzi Aran rayonlarında - Mingəçevir, Ağdaş, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Salyan, Hacıqabul, Neftçalada havanın orta aylıq temperaturunun 7-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 3-7, gündüzlər 8-13 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 15-19 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 24-45 mm) olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlıda havanın orta ayrıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-6 dərəcə isti, gündüzlər 8-12 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 14-16 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 59-112 mm) bir qədər çox olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR