Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə 1322 nəfər sənəd verib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə 1322 nəfər sənəd verib
# 01 mart 2010 11:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 42 dövlət orqanı, o cümlədən 5 rayon, 4 apellyasiya məhkəməsi üzrə 771 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün fevralın 5-də elan etdiyi müsabiqəyə 1322 namizəd sənəd verib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Asəf Əliyevin APA-ya verdiyi məlumata görə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin vakant vəzifələrinə daha çox iddiaçı var. Bu dövlət qurumu üzrə 116 yerə 189 namizəd (bir yerə 1,63 ərizə) qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 62 yerə 119 namizəd (bir yerə 1,92 namizəd), İqtisadi İnkişaf Nazirliyi üzrə 13 yerə 100 namizəd (bir yerə 7,69 namizəd) sənəd verib.

A. Əliyev bildirib ki, daha çox müsabiqə vəziyyəti İqtisadi İnkişaf Nazirliyində qeydə alınıb. Müsabiqə vəziyyətinə görə, ikinci yeri Mədəniyyət və Turizm Nazirliyi (12 yerə 74 namizəd) tutur.

Məhkəmələr üzrə ən çox sənəd Bakı Apellyasiya Məhkəməsinin vakant vəzifələrinə verilib. Bu dövlət qurumu üzrə 21 yerə 107 namizəd (bir yerə 5,1 namizəd) qeydə alınıb. Xocalı, Lənkəran, Şəmkir, Şəki rayon məhkəmələri üzrə namizəd qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR