Bank Of Baku

Tərtərdə məcburi köçkünlər yolu bağlayıblar

Tərtərdə məcburi köçkünlər yolu bağlayıblar
# 01 mart 2010 14:51 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Tərtərin Qarağacı kəndi ərazisində məskunlaşmış məcburi köçkünlər Borsunlu - Hindarx yolunu bağlayıblar. APA-nın Qarabağ bürosunun məlumatına görə, aksiya keçirən məcburi köçkünlər onlara yeni evlərin tikilməsini tələb edirlər. Onlar 1994-cü ildə Ağdam rayonunun Şotlanlı kəndindən köçkün düşüblər və həmin vaxtdan da Borsunlu - Hindarx magistral avtomobil yolunun hər iki tərəfində palçıq və çiy kərpicdən, qarğıdan tikilmiş komalarda məskunlaşıblar. Aksiya iştirakçıları APA-nın Qarabağ bürosuna bildiriblər ki, Ağdam rayon İcra Hakimiyyətinin məsul işçiləri aksiya yerinə gəlib problemi müzakirə edənə qədər yol bağlı olacaq.

Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov APA-nın Qarabağ bürosuna bildirib ki, köçkünlərin cəhdi əbəsdir: “Əvvəla, hər hansı problem magistral yolu bağlayıb, digər vətəndaşların hüquqlarını pozmaqla həll olunmur. Həmin köçkünlərə yeni evlərin inşasına, sözügedən ərazidə məskunlaşmış köçkünlərin yeni evlərlə təmin olunmasına gəlincə, bu, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan Dövlət Proqramına daxil edilməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR