Bank Of Baku

Gəncədə üçəm dünyaya gəlib

Gəncədə üçəm dünyaya gəlib
# 02 mart 2010 07:09 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə şəhərində yerləşən 1 saylı Doğum Evində biri qız, ikisi oğlan olmaqla üçəm dünyaya gəlib. Gəncə şəhər 1 saylı Doğum evindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə sakini Zülfiyyə Məmmədovanın dünyaya gətirdiyi uşaqlar vaxtından əvvəl doğulduqlarından bir müddət müvəqqəti olaraq həkim nəzarəti altında qalacaqlar. Oğlanların birinin çəkisi 1,2 kiloqram, digərininki 900 qram, qızın çəkisi isə 1 kiloqramdır. Uşaqların və ananın vəziyyəti normal qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR