Bank Of Baku

Böyük Britaniyanın Esseks Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında aparılan ilkin danışıqlar başa çatıb

Böyük Britaniyanın Esseks Universiteti  ilə Azərbaycan Dillər Universiteti arasında aparılan ilkin danışıqlar başa çatıb
# 02 mart 2010 10:16 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın Esseks Universiteti ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında beynəlxalq əməkdaşlıq etmək üçün ilkin danışıqlar müvəffəqiyyətlə başa çatıb.
ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə Esseks Universitetinin iki nümayəndəsi – Helen Emeri və Nilufər Demirkan – Cons Azərbaycan Dillər Universitetində olub, universitetin rektoru, professor Səməd Seyidovla və digər professor-müəllim heyəti ilə görüşüblər.
Əldə olunmuş razılığa əsasən, ADU-nun İngilis dili fakültəsinin tələbələri Esseks və Dillər Universiteti arasında işlənib hazırlanan tədris proqramı əsasında təhsil alacaqlar. Belə ki, tələbələr birinci və ikinci kursları ADU-da, üçüncü və dördüncü kursları isə Esseks Universitetində oxuyaraq hər iki universitetin tanıdığı ikili diplom alacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR