Bank Of Baku

Azərbaycan 410 mindən çox əlil var

Azərbaycan 410 mindən çox əlil var
# 02 mart 2010 10:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında BMT Konvensiyasından biz nələri bilməliyik” adlı layihəni yekunlaşdırıb. APA-nın məlumatına görə, layihə ilə bağlı mətbuat konfransı keçirən birliyin rəhbəri Hafiz Səfixanov deyib ki, Əlilliyi olan şəxslərin hüquqlarını haqqında Konvensiya və konvensiyanın fakültativ protokolu BMT Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilib. Hazırda konvensiyanı 144 ölkə imzalayıb. Azərbaycan konvensiyanı və fakültativ protokolu 2009-cu il yanvarın 9-da imzalayıb.

H. Səfixanov bildirib ki, hazırda dünya əhalisinin təxminən 10 faizi, yəni 650 milyon insan bu və ya digər səbəbdən əlillikdən əziyyət çəkir. Əlilliyi olan şəxslərin 80 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. BMT Uşaq Fondu küçələrdə yaşayan insanların 30 faizində bu problemə rast gəlindiyini açıqlayıb. Əlil uşaqların 90 faizi məktəbə getmir. Beynəlxalq Əmək Təşkilatı isə dünya əhalisinin 386 milyon nəfərinin işsiz olduğunu bildirib. Əlilliyi olan şəxslərin 80 faizi işsizdir. Müharibələr nəticəsində hər 3 uşaqdan biri ya əlil olub, ya da daimi əlillik qazanıb. Əlilliyi olan uşaqlara qarşı zorakılıq digər uşaqlara nisbətən 1,7 dəfə çox törədilir. Azərbaycanda isə 410 mindən çox əlil var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR