Bank Of Baku

Azərbaycanda bu ilin iki ayı ərzində iki nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub

Azərbaycanda bu ilin iki ayı ərzində iki nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub
# 02 mart 2010 11:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2010-cu il başlayandan Azərbaycanda 2 nəfər, ötən il isə 24 hadisə nəticəsində 32 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub. Bu barədə APA-ya Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib. Onun sözlərinə görə, ötən il baş vermiş 7 hadisə Milli Ordu ilə bağlı olub ki, bunların da nəticəsində üç əsgər həlak olub, daha beş əsgər isə müxtəlif dərəcədə yaralanıb. 1 nəfəri həlak olmaqla və 23 nəfəri müxtəlif dərəcədə yaralanmaqla mülki şəxslər də mina və partlamamış hərbi sursatların qurbanı olub.

Mina və partlamamış hərbi sursatların qurbanı olmuş şəxslərin 3 nəfəri qadın, 29 nəfəri kişilərdir. Bədbəxt hadisələrin baş verməsinə ən çox piyadalar əleyhinə minalar və partlamamış hərbi sursatlar səbəb olub (hər biri doqquz hadisə). Tank əleyhinə minalarla bağlı 7 hadisə qeydə alınıb.

Ötən il baş vermiş hadisələr Bakı şəhərində, Füzuli, Tərtər, Ağcabədi, Ağdam, Ağstafa, Xocavənd, Göygöl, Qazax, Daşkəsən və Tovuz rayonlarının ərazisində qeydə alınıb.
2008-ci il ilə müqayisədə 2009-cu ildə mina və partlamamış hərbi sursatların qurbanlarının sayı artıb. 2008-ci ildə 19 hadisə nəticəsində 23 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR