Bank Of Baku

Almaniyanın “Back Shop” şirkətinə məxsus “Brot Haus” brendinin Bakıdakı şirniyyat evinin açılışı keçirilib - FOTO

Almaniyanın “Back Shop” şirkətinə məxsus “Brot Haus” brendinin Bakıdakı şirniyyat evinin açılışı keçirilib - <font color=red>FOTO</font>
# 02 mart 2010 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Martın 2-də Almaniyanın “Back Shop” şirkətinə məxsus “Brot Haus” brendinin Bakıdakı şirniyyat evinin açılışı keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən şirkətin baş koordinatoru Mr. Simens son illərdə Azərbaycanın iqtisadiyyatında və həyatın digər sahələrində nəzərə çarpan inkişafın bu brendin Azərbaycana da gətirilməsinə səbəb olduğunu bildirib: “Biz çox sevinirik ki, daha bir alman brendi Azərbaycanda fəaliyyətə başlayacaq. Ümid edirik ki, buradakı fəaliyyətimiz uğurlu olacaq və biz xidmətlərimiz, məhsullarımızla Bakı sakinlərinin zövqünü oxşamağı bacaracağıq. Bu şirniyyat evində bütün məhsullar Almaniyadan gətirilmiş texnologiya və eləcə də məhsullar vasitəsi ilə hazırlanacaq. Alman mütəxəssisləri burada treninqlər təşkil edəcək və bu treninqdə iştirak edən azərbaycanlı mütəxəssislər tərəfindən məhsullar hazırlanacaq”.

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Emin Süleymanov da çıxışında bu cür bir brendin Azərbaycanda fəaliyyətə başlamasını yüksək qiymətləndirib. Daha sonra hər iki qonaq tərəfindən qırmızı lent kəsilib, daha sonra tədbir iştirakçıları məhsullar və xidmət növləri ilə yaxından tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR