Bank Of Baku

İçərişəhərdə yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub

İçərişəhərdə yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi zamanı maddi-mədəniyyət nümunələri aşkar olunub
# 02 mart 2010 13:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qoruq ərazisindəki binaların dam və fasadlarının təmiri, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi işlərinin həyata keçirilməsi zamanı bir sıra maddi mədəniyyət nümunələri aşkar olunub. Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, Qala divarlarının şimal-şərq hissəsindəki konservasiya olunmuş abidələrin yerləşdiyi ərazi abadlaşdırılarkən erkən orta əsrlərə aid tağlı tikilinin qalığı üzə çıxıb, həmçinin orta əsrlərə aid xeyli maddi-mədəniyyət nümunələri aşkar olunub. Arxeoloji materiallar içərisində saxsı qab qırıntıları və əczaxanada istifadə olunduğu güman edilən şüşə qablar çoxluq təşkil edir. “Tarix və mədəniyyət abidələrin qorunması haqqında” qanuna uyğun olaraq tapıntılar aşkar olunduğu yerlərdə işlər dayandırılıb və Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məlumat verildikdən sonra arxeoloqlar tərəfindən əraziyə baxış keçirilib. Sözügedən ərazidə Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri ilə birgə arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulur. Aşkar edilmiş tapıntılar İçərişəhərin müvafiq muzey komplekslərində nümayiş üçün yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR