Bank Of Baku

Azərbaycana “donuz qripi”nə qarşı peyvəndlərin ikinci partiyası gətirilir

Azərbaycana “donuz qripi”nə qarşı peyvəndlərin ikinci partiyası gətirilir
# 02 mart 2010 15:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Martın 10-da Azərbaycana A/H1N1 virusuna (“donuz qripi”) qarşı peyvəndlərin ikinci partiyası gətiriləcək. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib. O bildirib ki, ikinci partiyada 172 min doza peyvəndin olması nəzərdə tutulub.

Peyvəndləmənin birinci mərhələsinin başa çatdığını deyən sektor müdiri, birinci mərhələdə Azərbaycanda peyvənd olunacaq əhalinin 62 faizinin, təxminən 100 min nəfərin peyvənd olunduğunu açıqlayıb.

V. Qasımovun sözlərinə görə, bütün dünyada “donuz qripi” həyəcanı bir qədər sovuşub: “Bu, aparılan tədbirlərin nəticəsidir. Havaların qismən istiləşməsi də burada rol oynayır”.

Sektor müdiri “donuz qripi” ətrafında ajiotajı dərman şirkətlərinin yaratması ilə bağlı fikirləri də doğru saymır: “İstənilən hadisəni necə istəsəniz yozmaq olar. Biz həkim kimi nəticəni görürük və insanlara da peyvənd vurulmasını məsləhət bilirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR