Bank Of Baku

Sabah Bakının 6 rayonunun orta məktəblərinin IV sinif şagirdləri riyaziyyatdan imtahan verəcək

Sabah Bakının 6 rayonunun orta məktəblərinin IV sinif şagirdləri riyaziyyatdan imtahan verəcək
# 02 mart 2010 15:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sabah Bakının 6 rayonunun (Yasamal, Səbail, Qaradağ, Nəsimi, Binəqədi, Nizami) orta məktəblərində IV siniflərin riyaziyyat fənnindən bilikləri yoxlanacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, sabahkı imtahanda paytaxtın 144 məktəbindən 13169 şagird iştirak edəcək. Martın 4 - də isə Sabunçu, Suraxanı, Xətai və Əzizbəyov rayonları üzrə test aparılacaq. 601 sinifdə keçiriləcək yoxlama üçün hər sinfə 1 nəzarətçi müəllim cəlb olunacaq. BŞTİ əməkdaşları da mərkəzlərdə yoxlamanın gedişinə nəzarət edəcəklər. İmtahan bütün məktəblərdə 11.30-da başlayacaq. İmtahandan sonra cavab kartları xüsusi optik oxuma cihazı ilə yoxlanılmaq üçün BŞTİ-yə təqdim olunacaq. İmtahanın nəticələri 3 gün ərzində ümumtəhsil məktəblərinə çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR