Bank Of Baku

Prezident İlham Əliyev Böyük Vətən Müharibəsinin Azərbaycandan olan iştirakçılarını yubiley medalı ilə təltif edib

Prezident İlham Əliyev Böyük Vətən Müharibəsinin Azərbaycandan olan iştirakçılarını yubiley medalı ilə təltif edib
# 02 mart 2010 19:31 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Böyük Vətən Müharibəsinin Azərbaycandan olan iştirakçılarının «1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi» yubiley medalı ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

APA-nın «Azərtac»a istinadən verdiyi məlumata görə, SSRİ Silahlı Qüvvələri sıralarında Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər; Faşist işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər; Böyük Vətən müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər; «1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə» və «Yaponiya üzərində qələbəyə görə» medalları ilə təltif olunmuş şəxslər; «1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə» medalının vəsiqəsi, yaxud müharibə iştirakçısı vəsiqəsi olan şəxslər; Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ ordenləri, «1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə», «Əmək igidliyinə görə», «Əməkdə fərqlənməyə görə», «Leninqradın müdafiəsinə görə», «Moskvanın müdafiəsinə görə», «Odessanın müdafiəsinə görə», «Sevastopolun müdafiəsinə görə”, «Stalinqradın müdafiəsinə görə», «Kiyevin müdafiəsinə görə», «Qafqazın müdafiəsinə görə», «Sovet Zapolyaryesinin müdafiəsinə görə» medalları ilə təltif olunmuş şəxslər; «Blokadada olan Leninqrad sakininə» nişanı, yaxud «1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə» medalının vəsiqəsi olan şəxslər və
Böyük Vətən müharibəsi dövründə altı aydan az olmayaraq əmək fəaliyyəti ilə məşğul olmuş şəxslər «1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi» yubiley medalı ilə təltif ediliblər.

Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə «1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi» yubiley medalının və onun vəsiqəsinin hazırlanması, yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahılarının tərtib edilməsi və medalların təqdim olunmasının təmin edilməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR