Orada Azərbaycanı tanımırlar - REPORTAJ - FOTOSESSİYA
Sidney. Elmin İbrahimov - APA. Avstraliya deyəndə, adətən adamın gözü önünə bu ölkənin dövlət gerbində ölkənin rəmzi olaraq təsvir edilən kenquru və dəvəquşu, ya da xəbərlərdə nə vaxtsa eşitdiyimiz meşə yanğınları gəlir. Əslində isə reallıq tam başqadır və buna inanmaq üçün gərək hər şeyi öz gözlərinlə görəsən. Hər şey Avropada və ABŞ-dadır fikrini unutmaq üçün. Sanki dünyanın unutduğu və ya dünyanı unudan böyük, mədəni və iqtisadi baxımdan inkişaf etmiş məkan. Sözsüz ki, bir qədər siyasətdən uzaq olması və ölkə kənarı passivliyi digər inkişaf etmiş ölkələrlə müqayisədə bu qitə dövlətin tanınmasına mane olur.
Sidneyin bu gününə tarixinə baxmadan keçsək isə, bəlkə də ilk təəssüratı formalaşdıracaq çox şeyi itirmiş olarıq...
Cinayətkarlar şəhəri
Britaniya hökuməti bir vaxtlar Sidneyin nə vaxtsa indiki kimi olacağını bilsəydi, tam əminəm ki, cinayətkarları göndərməyə başqa yer düşünərdi.
XVIII əsrdə işsizlik və səfilliyin geniş vüsət aldığı Britaniyada cinayət ən asan qazanc mənbəyinə çevrildikdə və həbsxanalarında artıq yer olmadığından, Böyük Britaniya hökumətinin göstərişi ilə admiral Artur Fillip 1788-cı ildə ən qatı cinayətkarlar üçün islah koloniyası kimi istifadə ediləcək Sidney şəhərinin əsasını qoydu və bu yaşayış məskənini cinayətkarların öldürülməsinin əleyhinə olan, onlara özünüidarə ilə islah olmaq üçün yenidən şans verilməsi ideyasının müəllifi və layihəyə icazə verən Britaniyanın o vaxtkı daxili işlər naziri Lord Sidneyin şərəfinə Sidney adlandırdı.
Nəticədə 80 il ərzində Avstraliyaya ümumilikdə 160 000 müttəhim göndərildi və onlar qitə əhalisinin əksəriyyətini təşkil edirdilər. Lakin qul kimi işlədilən məhbusların tez-tez qızıl tapması və Avstraliyaya qızıl tapmaq məqsədi ilə gələnlərin sayının artması ilə cinayətkarların bura sürgün olunmasına son qoyuldu. Bundan sonra Avstraliyaya mötəbər zadəganların köçü başladı. İndi isə cinayətlərin törədilmə tezliyinə və ağırlığına görə Avstraliya dünyada ən aşağı göstəricilərdən birinə sahibdir. Demə, adama adam olmaq şansı veriləndə adam olması mümkünmüş...
Təbiət və texnologiya tandemi
Mən Dubayı görəndə fikirləşmişdim ki, müasir texnologiyalardan istifadə və əlbəttə ki, maliyyə vəsaitinin bolluğu ilə insan necə möcüzələr yarada bilir. Dubayda tək bir şey çatışmır, təbii gözəllik. Sanki hər yeri insan dəyişib, yenidən qurub. Sidneydə isə bunun əksi var. Şəhər sanki ucsuz-bucaqsız meşənin içində salınıb. Harada tikili, harada yol və ya texnogen yaradılış yoxdursa, həmin yerlər təbii meşələr kimi sıx və yaşıldır, milli park kimi mühafizə olunur. Bir tərəfdə ən müasir binalar, bir tərəfdə əl dəyməmiş, viran qoyulmamış təbiət. Oranı çəpərləmək, obyekt açmaq, parkda dondurma, ya tum satmaq niyə heç kimin ağlına gəlməyib?
Qəribəlik
Əslində, birinci dəfə Avstraliyada olanda çox şey qəribə görünür: avtomobili sağdan idarə edirlər, yolun solu ilə sürürlər, yolu keçmək istədikdə piyada üçün yaşıl işığın yanması üçün işıqforun düyməsini özün basırsan, hətta yolda avtomobil olmayanda belə dəqiqələrlə insanların yolu keçməyib işıqforu gözlədiklərini görürsən, küçəyə və ya kiminsə qapısına zibil atanın atasını söymək üçünsə xüsusi “divarüstü rəsmlər” çəkməyə ehtiyac qalmır. İnsanların münasibəti, davranışı qəribə görünür: satıcıdan avtobus sürücüsünə, küçə təmizlikçisindən ən nüfuzlu professora qədər hamı öz işindən və taleyindən razı görünür. Bəlkə də deyillər, amma büruzə vermirlər, kimisə deyinən görmürsən, hamı zarafatlaşır, hamı gülərüzdür. Bizim “eybi yox, problem yoxdur”, amerikanların isə dünyada məşhur olan “no problem” ifadəsini burda artıq Avstraliyanın beynəlxalq devizinə çevrilən “no worries” kəlməsi əvəz edir. Kimə nə desən, “problem yoxdur” söyləyir.
Az qala hamının avtomobilinin olduğu bu şəhərdə “probka” olmur, siqnal eşitmirsən. Nədənsə, “maaşa işləyən” biri səndən “hörmət” gözləmir. Heç nə etməyən 5 sentini də “zdaç” olaraq qaytarırlar, açığı, hələ bunu başa düşə bilməmişəm. Bəzi dəmiryol stansiyalarının bizim metro kimi turniketləri olmadığı, elə aldığın biletin cibində qaldığı bir yerdə niyə hamı pulsuz minib getmir, çox məntiqsiz görünür? Təkcə qatarda yazılan “biletsiz getmək qanun pozuntusudur, biletsiz tutulsanız, ağır cərimə tətbiq olunacaq” sözlərinəmi görə? Hər şeyin insafa, vicdana etibar edildiyi məmləkətdəyəm...
Azərbaycanı tanımırlar
Müxtəlif yerlərdə ünsiyyətdə olduğun birinin “hardansan” sualına ən azı 3 cümlə ilə cavab verməli olursan. Özü də, “yəni, soruşdum hansı ölkədən gəlmisən” deməsindən sonra. Başlayırsan, SSRİ-nin tərkibində olduğumuz vaxtdan danışmağa, böyük qonşularımızdan, Xəzər dənizindən danışırsan ki, hardan olduğunu anlada biləsən. Sonra soruşurlar ki, futbol üzrə Avropa və dünya çempionatında Azərbaycan iştirak edibmi, edibsə niyə eşitməyiblər? Məcbur olub yola verirsən, “yəqin fikir verməmisiniz” deyə. Hətta dünyaya qarışqa kimi yayılmaqla sivil işğalçılıq edən, coğrafi baxımdan bizə yaxın yerləşən, küçələrimizdə hər gün gördüyümüz, burdasa gözü “mazol” edən çinlilər də Azərbaycan sözünü eşidəndə gözlərini döyürlər. Yerli poçt şöbəsində Azərbaycana poçt göndərişlərinin qiyməti ilə maraqlandım, əvvəl ölkəmizi divardan asılmış xəritədə göstərdim, bundan sonra çətinliklə də olsa, cavab aldım - “D” kateqoriyalı ölkələrə aidsiniz, göndərişin ən baha və ən gec getdiyi ölkələr qrupuna”. Aldığım “Sim kart”ın məxsus olduğu operatorun müştəri xidmətlərinə zəng edib niyə Azərbaycana SMS göndərə bilmədiyimi soruşanda isə ölkənin adını hərf-hərf deməyimi, araşdırıb geri zəng eləmək üçün 4 saat vaxt istədi. Sonra mənə zəng vurub, bizim ölkədən bir operatorla müqavilələrinin olduğunu və yalnız ona SMS göndərə biləcəyimi dedi. Başqa operatorun “Sim kartı”nı almaq qərarına gəldim. Məlum oldu ki, onun da bizim digər bir operatorla müqaviləsi var, amma o birilərlə yoxdur. Üç nömrəni necə işlədim? Son nəticədə, Azərbaycana SMS göndərə bilmək və qəbul etmək şansımın olmadığını anladım. “Skype”, “Facebook” və “Google Talk” sağ olsun!
Niyə bahalıqdı?
Əvvəllər, Avstraliyada ümumi qiymətlərin Azərbaycandan ən azı 2-3 dəfə baha olacağı mənə inandırıcı görünmürdü. Mən Avstraliya ixtisaslaşmış kənd təsərrüfatı ölkəsi hesab edirdim, hələ keçmiş SSRİ-ni qoyun əti ilə ucuz qiymətə təmin edən bir ölkədə niyə belə bahalıq olsun ki? Sən demə hər şey düşündüyümdən çox fərqli imiş. Bu qədər təbii ehtiyatlar və kənd təsərrüfatının inkişaf etdiyi ölkədə demə bu sahələrin ölkənin ümumi daxili məhsulunda (ÜDM) payı cəmi 7-7.5%-dir. İqtisadiyyatın 70 faizini turizm, təhsil (xarici tələblər), maliyyə və xidmət sektorları təşkil edir. ÜDM-un adam başına düşən məbləği 37.4 min dollardır.
Xaricdən gələn tələbələrin yerli tələbələrə nisbətinə görə inkişaf etmiş ölkələr arasında ilk yer. Sidney şəhərinin özünə gəldikdə isə, dünya ölkələrinin yaşam indeksinə görə 10 ən yaşamalı şəhərlər arasında yer alıb. Bəs niyə bahalıqdı? Axı burda da vitrinləri bəzəyən bütün elektronika və paltarlar Çindən gəlir. Demək olar ki, aldığın bütün ərzaq məhsullarının üstündə fəxrlə “Home Brand” (yerli məhsul) yazırlar. Sən demə cavab sadə imiş. Burda əmək haqqı həddən artıq yüksəkdir! Statistika bürosunun məlumatına görə, tam staj üzrə 2009-cu ildə ölkədə orta illik əmək haqqı 66,9 min dollar (təxm. 52 min AZN), qazanclı işlər üzrə isə orta göstərici 86,88 min dollar olub. Ayrı-ayrı prestijli sahələrdə isə əmək haqqı həddən artıq yüksəkdir. Məsələn, mühəndislik sahəsində maksimum illik əmək haqqı 232 679, kimya mühəndisliyi 300 000, təhsil sahəsində 104 510, telekommunikasiya sahəsində 260 000, İT arxitektura mütəxəssisi 300 000, bank sektorunda 197 143 və s. dollardır. Amma onu da xüsusi qeyd etmək lazımdır ki, bu yüksək əmək haqqını alan şəxslər yüksək ixtisaslı və işə günü başa vurmaq üçün gələn insanlar deyillər. Əmək haqqının yüksək olduğu şəraitdə qiymətlərin hazırkı səviyyəsi əslində çox ucuz görünür. Qiymətləri malın real dəyərindən dəfələrlə yüksək müəyyənləşdirməklə hökumət kənd təsərrüfatı və digər çox da gəlirli olmayan sahələri yüksək gəlirli təbəqənin hesabına stimullaşdırır və ya subsidiyalaşdırır. Fermer kimi fəaliyyətinin gəlirliliyini görənlər bu sahədə özlərini daha çox sınayırlar. Yəni, çox qazanırsansa, çox da xərclə. Xərclə ki, bu xərcdən başqaları da çox qazana bilsin, sənin qədər olmasa belə. Bu bir iqtisadi tənzimləmə vasitəsidir.
Sidneyin görməli yerləri
Sidneydə bir qədər qədim hesab olunan və avropalıların ilk məskunlaşdığı yer “Rocks” adlanan məhəllədir. İlk ağdərili insanın yaşamağa başladığı bu yer vaxtilə cinayətkarlar və fahişələrlə dolu idisə, indi turistlərin tez-tez gəldiyi, balaca 3 mərtəbəli binaları, gözəl vitrinli, amma bahalı butikləri və balaca restoranları ilə qonaqları cəlb edən məkana çevrilib. Şəhərə gözəllik verən isə Sidney Limanıdır. Çox səliqəli, turistlər üçün müxtəlif xidmətlər - Sakit Okean kruizinq, sürətli balaca katerlərlə gəzinti, avarlı qayıqla üzmə, balaca və gövdəsi şüşə təyyarə ilə okeanın və şəhərin üstündə gəzinti və s.
Amma Sidneyin rəmzi hesab olunan və Sidneydə ən məşhur hesab olunan yer balıqqulağı formasında qurulan “Opera House”dur. Bura UNESCO-nun dünya irsi siyahısına daxil edilib, XX əsrin ən fərqli tikilisi və dünyanın ən məşhur incəsənət mərkəzi hesab olunur. “Opera House”-un qarşısında şəhərin mərkəzi biznes hissəsi ilə Şimal Sahili adlanan hissəsini okeanın üzəri ilə birləşdirən möhtəşəm liman körpüsü əslində nəqliyyat əhəmiyyətindən daha çox dekorativ əhəmiyyətə malikdir. Dünyanın ən hündür polad arka körpüsünün üzərindən sanki bütün şəhəri kənardan görürsən. Hətta şəhəri daha yaxşı müşahidə etmək istəsən, körpünün gediş-gəliş olan hissəsinə yox, üzərindəki qövsün lap üstünə də çıxa bilərsən. Baha deyil, cəmi 6 dollara, liftlə...
Eyni zamanda, bütün okean sahili boyu şəhərin içərisinə doğru uzanan yaşıllıq şəhərə xüsusi gözəllik və sərinlik verir.
Sidneydə azərbaycanlılar
Ermənilər Avstraliyada ən böyük diaspora sahib olsalar da, azərbaycanlıları burda barmaqla saymaq mümkündür. Azsaylı tələbə və bir neçə ailə. Amma Sidneydə Cənubi Azərbaycandan xeyli soydaşlarımız yaşayır və fəaliyyət göstərir. Eyni zamanda, Sidneydə Obern (Auburn) adlanan hissədə demək olar ki, türkdilli xalqlar - cənublu soydaşlarımız, türklər, uyğurlar yaşayırlar. Hətta bəzən özünü Türkiyədə hiss edirsən. Mağaza adları, insanların geyimi, münasibəti... Amma bir əsas məşğuliyyət var - ticarət. Deyəsən, onu yaxşı bacarırıq. Sidneyi gəzən gün axşam Cənubi Azərbaycandan olan bir xanəndənin konserti keçiriləcəkdi. Bizim problemimiz olan bir yerə toplaşmaq tilsiminin qırılacağı tədbirdən qalmaq yaxşı olmazdı. Kanberrada təhsil alan azərbaycanlı tələbə Abbas Abbasov mənə xanəndəni tərifləmişdi, bizə böyük qonaqpərvərlik göstərən Cənubi Azərbaycandan olan bir ailə ilə birlikdə Sidneyin mərkəzində elit bir konsert zalında keçirilən tədbirdə iştirak etdik. Üstümdə başqa sənəd olmadığından, qapıda APA-nın məndə qalmış vəsiqəsini təqdim etməli oldum. Azərbaycandan, həm də APA-dan olduğumu eşidəndə təşkilatçılar çox şad oldular. Axı burda da “Azərbaycanın Səsi Radiosu”nda APA-nın məlumatları verilir, burda yaşayan türkdillilərin xəbər aldığı mənbələrdən biri də məhz APA-dır. Axşam təxminən 9.00-da başlayan konsertdə təxminən 160 nəfər iştirak edirdi. Səhnəyə Bəhram Şükürullahzadə dəvət olundu. Xalq və klassik musiqilərin özünəməxsus gözəlliklə və təmiz Azərbaycan ləhcəsi ilə səslənməsi xüsusi zövq verdi. Təriflər özünü doğruldurdu. Həqiqətən, səsin təmizliyi, aydınlığı və doğmalığı sakit qulaq asmağa vadar edirdi. Konsert arası fasilədə xanəndə ilə görüşə bildim. Bakıdan gəldiyimi, APA-nı təmsil etdiyimi, bu konsert barədə də mütləq yazacağımı eşidəndə çox sevindi.
Azacıq da olsa, özü və sənəti haqqında danışa bildik. Anasının Bakıdan olduğunu, Tehranda yaşadığını, sonra Avstraliyaya gəldiyini dedi. Peşəkar, ixtisaslı musiqiçi kimi 22 ildir ki, bu sənətlə məşğul olduğunu bildirdi. Problemlərdən də danışdı. Musiqiçi problemi... Burada Azərbaycan mahnılarını peşəkar səviyyədə ifa edəcək xalq çalğı alətləri ustalarının olmadığını, belə problemlər üzündən neçə illərdir, disk yazdıra bilmədiyindən gileyləndi. Ən böyük arzusunun Bakıda kiçik də olsa, konsert proqramı təşkil etmək olduğunu dedi. Bu il Bakıya getmək niyyəti olduğunu da öyrəndim. Doğurdan da, qürbətdə Azərbaycan musiqisini qoruyub yaşadan bir sənətkarın axı Bakıda konsert verməyi arzulamaq haqqı var...
Konsert qurtarandan sonra isə artıq gec olduğundan bizimlə konsertdə iştirak edən ailə ilə birlikdə onların yaxınlarında qonaq qalmalı olduq. Cənubi Azərbaycandan olan bir ailənin qonağı olduq. Onlara yaxın olan daha bir neçə dost-tanışları da orda idi. Söhbət uzandı düz gecə 3-ə qədər. Azərbaycandakı hər şeydən danışdıq. Bizim Bakı aeroportunu və yol polisini bir az asıb-kəsdilər də... Tutarlı arqumentləri qarşısında tab gətirə bilməyib, bəzi məsələlərdə razılaşmalı oldum. Mən də neqativ halların yavaş-yavaş aradan qalxdığını, Bakının artıq Avropanın gözəl paytaxtlarından birinə çevrilməkdə olduğuna inandırmağa çalışdım. İnandılar, ya yox, bu öz işləridir. Amma mən inanıram ki, belə olacaq!!!

Sosial
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək