Bank Of Baku

Tovuzda qadın hüquqlarının müdafiəsi çərçivəsində tədbir keçirilib

Tovuzda qadın hüquqlarının müdafiəsi çərçivəsində tədbir keçirilib
# 03 mart 2010 08:07 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Tovuzda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nin Bakı Ofisinin rəhbəri Envera Selimoviç və millət vəkili Qənirə Paşayevanın iştirakı ilə qadın hüquqlarının müdafiəsinə həsr olunmuş tədbir keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirin əsas məqsədi rayonun ictimai həyatında fəal iştirak edən qadınlarla problemləri müzakirə etmək olub. Müzakirələr zamanı rayonda və kəndlərdə yaşayan qadınların problemləri və onların həlli yollarından daşılıb. Tədbirdə həmçinin gənclərin ailə qurmamışdan öncə tibbi müayinədən keçmələri, ailə qurmadan öncə nigaha daxil olmalarının vacibliyi bir daha vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR