Bank Of Baku

Azərbaycan ərazisində dumanlı və yağmurlu hava şəraiti proqnozlaşdırılır

Azərbaycan ərazisində dumanlı və yağmurlu hava şəraiti proqnozlaşdırılır
# 03 mart 2010 09:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı və Abşeron yarımadasında martın 3-də
günün birinci yarısında havanın dumanlı olacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru isə az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 8-11 dərəcə, axşam 5-7 dərəcə isti olacaq.

Martın 4-də havanın buludlu olacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam isə az yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq.

Martın 5-də gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7 dərəcə, gündüz 10-13 dərəcə isti olacaq.

Martın 6-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6 dərəcə, günün birinci yarısında 13-17 dərəcə, günün ikinci yarısında 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 4-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz qərb rayonlarında yağıntı kəsiləcək, əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7 dərəcə,
gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Martın 5-6-da hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman qeydə alınacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə, bəzi yerlərdə 15 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR