Bank Of Baku

Sumqayıt Uşaq Xəstəxanasında əsaslı təmir işləri aparılır

Sumqayıt Uşaq Xəstəxanasında əsaslı təmir işləri aparılır
# 03 mart 2010 09:10 (UTC +04:00)
Sumqayıt – APA-Economics. Sumqayıt şəhər Uşaq Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

APA-Economics”in məlumatına görə, xəstəxananın cərrahiyyə, II və III somatik və somatik reanimasiya, laboratoriya və I yenidoğulmuşların patologiyası şöbələrinin əsaslı təmiri artıq başa çatıb. Fasad hissəsi tam təmir edilib.

Hazırda qəbul və inzibati şöbələrində təmir işləri aparılır. Xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2007-ci ildə başlanılıb. Eyni zamanda Sumqayıtın Tarixi Muzeyi, 1 saylı Uşaq Gənclər İdman Məktəbi, N.Nərimanov adına Mədəniyyət Evində də hazırda əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR