Bank Of Baku

“Elmi yaradıcılıq sahəsində müəlliflik hüququ və onun müasir problemləri” mövzusunda seminar keçirilib

“Elmi yaradıcılıq sahəsində müəlliflik hüququ və onun müasir problemləri” mövzusunda seminar keçirilib
# 03 mart 2010 09:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyi (MHA) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birgə “Elmi yaradıcılıq sahəsində müəlliflik hüququ və onun müasir problemləri” mövzusunda seminar keçirib. APA-nın məlumatına görə, seminarda çıxış edən institutun direktoru İlham Məmmədzadə qloballaşan dünyada alimlərin müəlliflik hüququnun qorunmasının vacib olduğunu bildirib. MHA sədri Kamran İmanov isə deyib ki, son on ildə bütün dünyada əqli mülkiyyətə əsaslanan iqtisadiyyatın xüsusi çəkisi artır. Əqli mülkiyyətə əsaslanan sənayenin payı bir sıra inkişaf etmiş ölkələrdə Ümumi Daxili Məhsulun 15 faizini təşkil edir. K. İmanovun sözlərinə görə, Azərbaycan əqli mülkiyyətin qorunmasını prioritet sahə elan edib. Ölkədə əqli mülkiyyətlə bağlı zəngin qanunvericilik bazası, çevik idarəetmə mexanizmi, beynəlxalq əməkdaşlıq sistemi yaradılıb. Lakin hələ də piratçılığa qarşı mübarizə, əqli mülkiyyətlə bağlı hüquqi maarifləndirmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması vacib istiqamət olaraq qalır. MHA sədri Azərbaycanda əqli mülkiyyətin 7 əsas və 2 yardımçı qanunla qorunduğunu söyləyib. Bununla yanaşı, əqli mülkiyyətin pozulması ilə bağlı mülki, inzibati və cinayət məsuliyyəti də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR