Bank Of Baku

Mahmud Kərimov: “Alimlərin sosial vəziyyətinin və təminatının yaxşılaşdırılması qarşıda duran vacib məsələlərdən biridir”

Mahmud Kərimov: “Alimlərin sosial vəziyyətinin və təminatının yaxşılaşdırılması qarşıda duran vacib məsələlərdən biridir”
# 03 mart 2010 12:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Alimlərin sosial təminatı ilə bağlı yeni normativ baza hazırlanır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. M. Kərimov bildirib ki, elm adamlarının sosial vəziyyətinin və təminatının yaxşılaşdırılması qarşıda duran vacib məsələlərdən biridir. O, normativ bazanın hazırlanması istiqamətində AMEA-da işçi qrupun fəaliyyət göstərdiyi söyləyib.

M. Kərimov AMEA-da struktur islahatının aparılacağını da söyləyib: “Akademiyanın strukturunda, ümumiyyətlə, elmin bir sıra istiqamətlərində təkmilləşdirmə aparılacaq. Bu islahatlar Azərbaycan elminin inkişaf strategiyasına uyğun şəkildə həyata keçiriləcək. Elmin idarə olunmasında, maliyyələşməsində, kadrların hazırlanmasında da yeniliklər olmalıdır”. M. Kərimov əlavə edib ki, AMEA-da islahatlarla bağlı UNESCO-nun ekspert qrupunun da təklifləri olacaq: “Yəqin ki, yaxın vaxtlarda təkliflərini təqdim edəcəklər”.

M. Kərimovun sözlərinə görə, AMEA-nın işçi qrupu hazırda islahat üçün vəziyyəti öyrənir, monitorinq keçirir: “Monitorinqin nəticələri təhlil edildikdən sonra yəqin real nəticəyə gələcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR