Bank Of Baku

Astara rayonunda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb

Astara rayonunda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb
# 03 mart 2010 13:41 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb. Bu barədə APA-nın cənub bürosuna Astara rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini, 36 yaşlı Fəqan Səadət oğlu Dadaşov qohumu və həmkəndlisi, 34 yaşlı Fikrət Baba oğlu Cabbarovla qabaqcadan əlbir olaraq Astara rayonun Şahağacı kəndi ərazisində Lənkəran rayonunun Gərmətük kənd sakini, 26 yaşlı İlkin Əli oğlu Aslanovun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əynindəki gödəkcəsinin cibindən bir ədəd 40 manat dəyərində “Siemens” markalı, 1 ədəd 150 manat dəyərində “Nokia 6500s1” markalı mobil telefonlarını və onun şəxsi istifadəsində olan 2500 manat dəyərində “VAZ-2106” markalı avtomobilini götürüblər.
Nəticədə İlkin Aslanova 2690 manat məbləğində maddi ziyan dəyib. Astara RPŞ-yə zərərçəkən tərəfindən daxil olan şikayət ərizəsindən dərhal sonra əməliyyat - axtarış qrupu yaradılıb və hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutulublar.

Faktla bağlı Astara rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR