Bank Of Baku

İçərişəhərin qonaqları audiobələdçi xidmətindən istifadə edəcəklər

İçərişəhərin qonaqları audiobələdçi xidmətindən istifadə edəcəklər
# 03 mart 2010 15:49 (UTC +04:00)
Bakı-APA. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısına qoyulmuş əsas vəzifələrdən biri İçərişəhərin müasir tələbləri ödəyən beynəlxalq səviyyəli turist mərkəzinə çevrilməsidir. Bu məqsədlə İdarə İçərişəhər ərazisində xüsusi audiobələdçi texnologiyasının tətbiqini nəzərdə tutur. Avropanın aparıcı şirkətlərindən birinin iştirakı ilə həyata keçiriləcək bu layihə Qoruq ərazisində yeni turizm xidmətinin göstərilməsi üçün şərait yaradacaq. Audiobələdçi texnologiyasının iş prinsipi qabaqcadan yazılmış mətn və digər audio materialların ekskursiya zamanı səsləndirilməsinə əsaslanır”. Bu barədə APA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Məlumata görə, istifadədə çox rahat, kiçik bir cihaz olmaqla yanaşı, turistlərin müəyyən marşrutlar üzrə hərəkət etməklə İçərişəhərin tarixi və ərazisində yerləşən abidələrlə kənar şəxslərin köməyi olmadan sərbəst tanış olmaları, onlar barədə dolğun informasiya əldə etmələri üçün geniş imkanlar yaradır. Novruz bayramından tətbiqi planlaşdırılan audiobələdçilər vasitəsilə İçərişəhərin qonaqlarına Azərbaycan, ingilis və rus dillərində ekskursiya xidməti təqdim olunacaq. Bu zaman istifadə ediləcək mətnlər milli musiqi nümunələri ilə zənginləşdiriləcək, müxtəlif marşrutlar üzrə ekskursiyalar hazırlanacaq. Gələcəkdə audiobələdçilər vasitəsilə ekskursiya xidmətinin başqa dillərdə də həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR