Bank Of Baku

Bakıda 22-dən çox dönərxana bağlanıb

Bakıda 22-dən çox dönərxana bağlanıb
# 04 mart 2010 12:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin iki ayı ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakıda 22-dən çox dönərxananın fəaliyyəti dayandırılıb. Bu barədə APA-ya mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, dönərxanalarda yoxlamalar İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə bir yerdə aparılıb. Xətai rayonu üzrə 4, Nizami rayonu üzrə 2, Nərimanov rayonu üzrə 3 iş araşdırılmaq üçün prokurorluğa göndərilib.

Araşdırma aparılan 20-dən yuxarı dönərxana sahibi 2006-cı ildən qadağan olunmuş toyuq dönəri satdıqlarına və dönərlə bağlı sanitar-gigiyenik qaydalara əməl etmədiklərinə görə cərimə olunub. Dönərxana sahiblərinin hər biri 100-200 manat cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR