Bank Of Baku

Gigiyena və Epidemiologiya Mərkəzi şirniyyat, qənnadı məmulatları, çay, kofe, mayonez məhsulları üzərində monitorinqlərə başlayıb

Gigiyena və Epidemiologiya Mərkəzi şirniyyat, qənnadı məmulatları, çay, kofe, mayonez məhsulları üzərində monitorinqlərə başlayıb
# 04 mart 2010 13:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi şirniyyat, qənnadı məmulatları, çay, kofe, mayonez məhsulları üzərində monitorinqlərə başlayıb. Bu barədə APA-ya mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, martın əvvəlində başlayan monitorinqlər ayın 20-də başa çatacaq və Bakı, Sumqayıt şəhərlərini, Abşeron rayonunu əhatə edəcək.

Monitorinqlərin keçirilməsində əsas məqsəd istehsal olunmuş məhsulların təhlükəsizlik göstəricilərinə cavab verib-vermədiyini və yerli gigiyena-epidemiologiya mərkəzlərinin öz işlərinə nə dərəcədə məsuliyyətlə yanaşdıqlarını aydınlaşdırmaqdır. Monitorinq başa çatdıqdan sonra mərkəz spirtli içkilərin və xörək duzunun, quş əti, yumurta və hisə verilmiş balıqların bakterioloji yoxlanmasını həyata keçirəcək və müxtəlif uşaq qidaları üzərində laborator yoxlamalara başlayacaq.

İ. Abdullayevin sözlərinə görə, mərkəzin son iki ayda 100 ət məhsulu üzərində apardığı yoxlamalar zamanı 9 nümunədə bağırsaq çöplərinin olduğu aydınlaşıb. Monitorinqin aparılan 120 süd məhsulundan isə 29-da bağırsaq çöpləri aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR