Yardımlıdakı torpaq sürüşməsi zonasından bir ailə evakuasiya olunub
APA-nın cənub bürosunun məlumatına görə, yerli sakinlər sürüşmənin bu ilin fevral ayından müşahidə edilməyə başlandığını bildiriblər. Son günlərdə isə proses daha da intensivləşib. Ən gərgin vəziyyət kənd sakini Xanhüseyn Rzayevin həyətyanı sahəsində müşahidə edilir. 2 hektara yaxın sahəni əhatə edən sürüşmə zamanı təxminən 1 metr dərinliyində yarğan əmələ gəlib. Bu günə kimi torpaq sahəsi təxminən 3 metr irəli sürüşərək kənd sakini Xanhüseyn Rzayev və onunla qonşuluqda yaşayan Muğbil Əbişovun yaşadığı fərdi evlər üçün təhlükə yaradıb. Hər iki evin divarlarında ciddi çatlar əmələ gəlib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri kəndə gəlib və sürüşmə ərazisinə baxış keçiriblər. Faktla bağlı müvafiq sənədləşmə işləri aparan nazirlik əməkdaşları bildiriblər ki, əgər qarşıdakı aylarda yağıntılar intensivləşərsə, ərazidə torpaq sürüşməsi daha təhlükəli vəziyyət yarada bilər.
Kəndin digər bir hissəsində isə Adışirin Sariyevə məxsus həyətyanı sahədə 2 sot torpaq sahəsi sürüşüb. Lakin sürüşmə zamanı yaşayış evləri üçün heç bir təhlükə yaranmayıb. Bununla belə, sakinlərinin qənaətincə , qarşıdakı günlərdə yağıntılar intensivləşərsə, kənddə daha 10 ev üçün təhlükə yarana bilər. Ümumiyyətlə isə, kənd sürüşmə zonasına aid olduğundan ərazidə ara-sıra belə torpaq sürüşmələri baş verir. Kənddə ilk torpaq sürüşməsi isə 1954-cü ildə qeydə alınıb. Həmin vaxtdan kəndin ayrı-ayrı ərazilərində yarğanlar əmələ gəlib.
Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Fərruxovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, qabaqlayıcı tədbiri kimi kənd sakini Xanhüseyn Rzayevin ailəsi bu gün müvəqqəti olaraq kənddəki inzibati binaya köçürülüb.
Sosial
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək
“Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” birinciliyinin final mərhələsinə start verilib
Xəbər Lenti
Starmer Londonda Rutte ilə görüşüb
DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib
Monakoda partlayış nəticəsində üç nəfər yaralanıb
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib
"Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqlayıb
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq
DÇ-26: Braziliya 1/8 finala çıxıb
Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb, 5000-dən çox insan yaralanıb
Livan hökuməti ordunu İsraillə sərhəd boyunca yerləşdirmək niyyətindədir
İran XİN: Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacağıq
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Milli Müdafiə Universiteti HHQ ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edib
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində razılığa gəlib
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Hacıqabulda 2 mərtəbəli ev yanıb - FOTO
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
ADY yay qrafikinə keçir
Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olunub
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Tehran-Dubay aviareysi bərpa olunub
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Birinci Türkoloji Qurultayın 100 illiyi: Bakı Türk dünyasının humanitar gündəmini müəyyənləşdirən platformaya çevrilir
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
Ağ Ev: Kuşner və Uitkof İranla danışıqlarda iştirak edəcək
Sabahdan bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
İyulda temperatur bəzi yerlərdə bir qədər yüksək olacaq - AYLIQ PROQNOZ
Qaluzin: Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib
Rusiya Dneprə ballistik raketlə zərbə endirib: 5 nəfər ölüb, 29 yaralı var - YENİLƏNİB