Bank Of Baku

Lənkəran və Masallıda keçirilən reydlər zamanı keyfiyyətsiz oyuncaqlar, geyimlər və süni qidalar aşkarlanıb

Lənkəran və Masallıda keçirilən reydlər zamanı keyfiyyətsiz oyuncaqlar, geyimlər və süni qidalar aşkarlanıb
# 04 mart 2010 15:31 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran və Masallı rayonlarının ticarət şəbəkələrində keçirilən reydlər zamanı uşaqlar üçün istehsal olunan külli miqdarda keyfiyyətsiz oyuncaqlar, geyimlər və süni qidalar aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 4 saylı ərazi dövlət nəzarəti idarəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, 7 mağazada keçirilən reyd zamanı aşkar edilən bu məhsulların standartlara uyğun olmadığı müəyyənləşdirilib. O da məlum olub ki, əhaliyə satılan bu malların əksəriyyəti Çin Xalq Respublikasında istehsal edilən keyfiyyətsiz məhsullar olmaqla yanaşı, insan sağlamlığı üçün də çox təhlükəlidir. Reyd zamanı dükan sahiblərindən belə keyfiyyətsiz məhsulları satışdan çıxarmaq tələb olunub. Əks halda, onların inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR