Bank Of Baku

Çöl quşlarının qanunsuz ovu və satılmasının qarşısının alınması məqsədilə reyd keçirilib

Çöl quşlarının qanunsuz ovu və satılmasının qarşısının alınması məqsədilə reyd keçirilib
# 05 mart 2010 06:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları İmişli, Biləsuvar və Lənkəran rayonlarının magistral yol kənarlarında, eləcə də yerli bazarlarında qanunsuz yolla əldə edilmiş çöl quşlarının satılması hallarının qarşısının alınması məqsədilə reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
11-23 fevral 2010-cu il tarixlərində Qızılağac Dövlət Təbiət Qoruğunun yasaqlıq ərazisi olan Kiçik Körfəz ərazisində aparılan reyd zamanı qoruğun əməkdaşları tərəfindən 8 ədəd ov silahı, 130 patron, 1 ədəd motorlu qayıq, 97 ədəd axçalı balıq toru və qanunsuz yolla ovlanmış 10 baş qu quşu brakonyerlərdən götürülərək, qanuna müvafiq qaydada sənədləşdirilib.

22-25 fevral 2010-cu il tarixlərində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə yerli polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı qanunsuz yolla əldə edilmiş çöl quşları satan vətəndaşlardan 36 baş qaşqaldaq quşu götürülüb, həmin şəxslər barəsində akt tərtib olunub. Götürülmüş quşlar Lənkəran rayon Baytarlıq Xidmətində müayinə edildikdən sonra yandırılıb.

25-26 fevral 2010-cu il tarixlərində Sarısu, Şərbət Qobu və Zavvar ovçuluq təsərrüfatlarında keçirilən reyd zamanı qanunsuz ov edən vətəndaşlardan 4 ədəd ov silahı, qamışlıq ərazidən isə sahibsiz 14 ədəd brakonyer qayığı aşkar edilərək, maddi sübut kimi götürülüb.

Nazirlik qanunsuz ova qarşı müvafiq tədbirlərin davam etdirildiyini qeyd etməklə yanaşı, bir daha əhalinin nəzərinə çatdırır ki, 2005-ci ildən etibarən “quş qripi” xəstəliyinin profilaktikası ilə əlaqədar ölkə ərazisində quş ovuna müddətsiz qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR