Bank Of Baku

Azərbaycanda əmək pensiyaçılarının sayı 2,6% artıb

Azərbaycanda əmək pensiyaçılarının sayı 2,6% artıb
# 05 mart 2010 09:25 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda bu ilin əvvəlinə olan dəqiqləşdirilmiş statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 2009-cu ilin əvvəli ilə müqayisədə 33 294 nəfər artaraq (2,6%) 1 308 432 nəfərə çatıb.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondundan “APA-Economics”ə verilən məlumata görə, əmək pensiyaçılarının 39,4%-i kişi (516 142 nəfər), 60,6%-i isə qadınlardır (792 290 nəfər). Qadınlardan 389 919 nəfəri çoxuşaqlı analardır.
Bu il yanvarın 1-nə dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 112 nəfər təşkil edib. Ümumilikdə əmək pensiyaçılarının 133 881 nəfəri işləyən pensiyaçılar, 37 481 nəfəri güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərdir.
Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 311 849 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137 924 nəfərdir.
Əmək pensiyalarının orta aylıq məbləği isə 2009-cu ilin əvvəlinə nisbətən 5,3% artaraq ilin sonuna 100,4 manat olub.
Xatırladaq ki, əmək pensiyasının 3 növü var: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR