Bank Of Baku

Şotlandiyanın təhsil işçiləri Mingəçevirdə seminar keçiriblər

Şotlandiyanın təhsil işçiləri Mingəçevirdə seminar keçiriblər
# 05 mart 2010 09:46 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Şotlandiyanın Edinburq şəhərində fəaliyyət göstərən Stevenson Kollecinin nümayəndələri Mingəçevir Turizm Kollecində olublar. APA-nın yerli bürosunun məlumatına görə, Şotlandiyanın təhsil işçiləri martın 1-dən 5-dək davam edən səfər proqramı çərçivəsində Mingəçevir Turizm Kollecində “Turizm və ingilis dilinin interaktiv metodlarla tədrisi” mövzusunda 3 günlük seminar təşkil ediblər. Seminar iştirakçılarına sertifikatlar verilib. Şotlandiyalı qonaqlar müəllim və tələbələr üçün hazırladıqları tədris vəsaitini - “Müştəri xidməti” adlı kitabları kollecə hədiyyə ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Mingəçevir Turizm Kollecinə səfər edərək şotlandiyalı qonaqlarla görüşüb və iki təhsil ocağının əlaqələrini, qarşılıqlı təcrübə mübadiləsini yüksək qiymətləndirib.
Qeyd edək ki, bu təhsil ocaqları “British Consul”un həyata keçirdiyi “Cənub-şərqi Avropa ölkələrinin orta ixtisas məktəbləri arasında birgə əməkdaşlıq” layihəsi çərçivəsində iki ildir ki, əməkdaşlıq edirlər. Layihənin icra müddəti martın 25-də başa çatacaq və kolleclər əməkdaşlığı bundan sonra da davam etdirəcəklər. Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov layihənin yekunu ilə əlaqədar martın 25-də Londonda keçiriləcək mərasimdə iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR