Bank Of Baku

Ali məktəblərin magistraturalarına qəbul imtahanlarında ilk dəfə olaraq açıq test nümunələri tətbiq olunacaq

Ali məktəblərin magistraturalarına qəbul imtahanlarında ilk dəfə olaraq açıq test nümunələri tətbiq olunacaq
# 05 mart 2010 10:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının xüsusi buraxılışının 1-ci sayında 2010-2011-ci tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul qaydalarını nəşr edib. APA-nın məlumatına görə, bu gün jurnalın təqdimatını keçirən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, jurnalda ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və izahlı test tapşırığı nümunələri, xarici dillər, informatika, riyaziyyat üzrə qəbul imtahanı proqramları, açıq test tapşırığı nümunələri çap olunub. TQDK sədri deyib ki, qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılacaq. Qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlər üçün riyaziyyat) fənnini və xarici dili bilmə səviyyəsi yoxlanacaq. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılacaqlar və ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri seçdikləri qəbul proqramı üzrə test üsulu ilə yoxlanılacaq. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər. Bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcək. Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

TQDK sədri deyib ki, bu ildən etibarən ümumi intellekt səviyyəsini müəyyən edən bəzi test tapşırıqları cavab variantları olmadan (açıq tipli) təqdim ediləcək. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.

M. Abbaszadənin sözlərinə görə, bu il ali məktəblərin bakalavr və magistratura pillələrinə qəbul ölkə prezidentinin “”Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” fərmanına uyğun olaraq aparılacaq. Fərmana uyğun olaraq bu ildən magistraturada da təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla həyata keçiriləcək. Qəbul aparılacaq ixtisasların siyahısı və ixtisaslar üzrə qəbul planı isə martın 15-dək elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR