Bank Of Baku

Magistraturaya qəbul imtahanları regionlarda da keçiriləcək

Magistraturaya qəbul imtahanları regionlarda da keçiriləcək
# 05 mart 2010 10:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarını regionlarda da keçirmək fikrindədir. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, TQDK ali məktəblərin bakalavr pilləsinin I ixtisas qrupunun qəbul imtahanları kimi, magistraturaya qəbul imtahanlarını da regionlarda keçirilməsinin tərəfdarıdır: “Naxçıvanda qəbul imtahanları həmişə keçirilib. Digər bölgələrdə də imtahanların keçirilməsi sənəd qəbulu başlayandan, imtahanda iştirak edəcək kontingent formalaşandan sonra dəqiqləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR