Bank Of Baku

Azərbaycanın dağlıq rayonlarında sulu qar yağacaq

Azərbaycanın dağlıq rayonlarında sulu qar yağacaq
# 05 mart 2010 10:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı və Abşeron yarımadasında martın 5-də havanın buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 9-12 dərəcə, axşam 5-8 dərəcə isti olacaq.

Martın 6-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman qeydə alınacaq, cənub-qərb, qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 11-15 dərəcə isti olacaq.

Martın 7-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, cənub-qərb, qərb küləyinin günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6 dərəcə, günün birinci yarısında 15-19 dərəcə isti, günün ikinci yarısında 8-10 dərəcə isti olacaq.

Martın 8-də havanın buludlu olacağı, arabir açılacağı, səhər bəzi yerlərdə duman, çiskin, axşam isə az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 6-da hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam şimal rayonlarında az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-7 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Martın 7-8-də əsasən gecə və axşam saatlarında yağış, dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu martın 7-də gecə 3-5 dərəcə, gündüz 14-19 dərəcə isti, martın 8-də 9-13 dərəcə isti, dağlarda martın 7-də gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, martın 8-də 4-8 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR