Azərbaycanda «Miqrasiya proseslərinin öyrənilməsinə dair» statistik müayinə keçirilib
DSK-dan «APA-Economics»ə verilən məlumata görə, statistik müayinənin keçirilməsində əsas məqsəd ölkədə miqrasiya proseslərinin vəziyyətinin öyrənilməsindən, miqrasiya axınları haqqında statistik məlumatların dəqiqləşdirilməsi və onun istiqamətlərinin, eləcə də səbəblərinin müəyyənləşdirilməsindən ibarət olub.
Statistik müayinə ilə əhatə olunmuş miqrantların 7 501 nəfəri ölkəyə gələnlər, 7 499 nəfəri isə ölkədən gedənlər olub, gələnlərin 66,2%-ni, gedənlərin isə 66,8%-ni kişilər təşkil edib.
Azərbaycana gələnlərin 46,1%-i, ölkədən gedənlərin isə 46,5%-i hava yolları, müvafiq olaraq 17,3%-i və 17,4%-i dəmir yolları, 36,6%-i və 36,1%-i isə avtomobil yollarından istifadə edib.
Müayinənin nəticələrinə görə, ölkəyə gələnlərin 47,6%-i, gedənlərin isə 27,6%-i öz evinə qayıdanlar, müvafiq olaraq 18,1%-i və 15,5%-i qonaq, 7,5%-i və 10,4%-i turist kimi, 7,2%-i və 16,3%-i işləməyə, 6,9%-i və 6,3%-i xidməti və işguzar ezamiyyətə gələnlər və gedənlərdir.
İşləməyə gələnlərin 73%-i, gedənlərin 80%-i haqqı ödənilən əmək fəaliyyəti ilə, qalanları isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər olub.
Azərbaycandan işləməyə gedənlərin sayı ölkəyə işləməyə gələnlərin sayından 2,2 dəfə, müalicəyə gedənlərin sayı gələnlərdən 2,8 dəfə, oxumağa gedənlərin sayı gələnlərdən 63,6%, turist kimi ölkədən gedənlərin sayı ölkəyə gələnlərdən 38,4% çox, gələnlərin tərkibində evə qayıdanların sayı gedənlərin sayından 72,5%, qonaq gələnlərin sayı qonaq gedənlərin sayından 16,7% çox olub. Oxumağa gələnlərin 64,7%-ni, müalicəyə gələnlərin 52,2%-ni, qonaqların 57,2%-ni, oxumağa gedənlərin 62,1%-ni, müalicəyə gedənlərin 50,6%-ni, qonaqların isə 47%-ni kişilər təşkil edib. Mütləq əksəriyyətini gənclər təşkil edən oxumağa gedən və gələnlər, eləcə də 50 və yuxarı yaşda olan, müalicəyə gedən və ya gələn miqrantlar istisna edilməklə, miqrasiyanın qalan məqsədləri üzrə istər gələnlər və istərsə də gedənlər arasında 30-49 yaşında miqrantlar çoxluq təşkil edib. Xidməti və ya işgüzar ezamiyyətə gələnlərin 80%-ni, gedənlərin isə 73%-ni, işləməyə gələnlərin 72%-ni, gedənlərin isə 69%-ni bu yaş qrupuna aid olan miqrantlar təşkil edib.
Oxumağa gedən 18-29 yaşlı gənclərin sayı ölkəyə gələnlərdən 68%, 50 və yuxarı yaşlılar arasında müalicəyə gedənlərin sayı gələnlərin sayından 2,8 dəfə çox olub.
Müayinənin yekunlarına görə, Azərbaycana gələnlərin 46,6%-i MDB üzvü olan dövlətlərdən (onların ümumi sayından 39,2%-i Rusiyadan gələnlərdir), 13,2%-i Türkiyədən, 13%-i Gürcüstandan, 11,7%-i İrandan, 5,2%-i Birləşmiş Ərəb Əmirliklərindən, 3,5%-i Avstriyadan, 1,6%-i Böyük Britaniyadan, 5,2%-i isə digər ölkələrdən gəlib.
Yeni daimi yaşayış yerlərinə gələnlərin 41,8%-i, müalicəyə və qonaq gələnlərin müvafiq olaraq 43,4%-i və 59,7%-i MDB ölkələrindən, işləməyə və turist kimi gələnlərin isə müvafiq olaraq 34,1%-i və 37,9%-i İrandan, 24,7%-i və 13,2%-i isə Türkiyədən gəlib.
Ölkədən gedənlərin 47,7%-i MDB ölkələrinə (onların ümumi sayından 44,5%-i Rusiyaya) 13,8%-i Türkiyəyə, 11,5%-i Gürcüstana, 10,8%-i İrana, 16,2%-i isə digər ölkələrə gedənlər olub. Yeni daimi yaşayış yerinə gedənlərin 80%-i, işləməyə gedənlərin 71,2%-i, müalicəyə və oxumağa gedənlərin müvafiq olaraq 57,4%-i və 47,4%-i Rusiyaya gedənlərdirsə, turist kimi gedənlərin 22,8%-i Türkiyəyə, 15,2%-i İrana, 8,2%-i BƏƏ-yə və 8%-i Avstriyaya gedənlərdir. Oxumağa gələnlərin 32,1%-i Gürcüstandan, 22,5%-i Türkiyədən, 21,9%-i İrandan gəlmiş, Azərbaycandan oxumağa gedənlərin 47,4%-i Rusiyaya, 24,5%-i Türkiyəyə, 9,8%-i isə Böyük Britaniyaya gedib.
Bundan başqa, Azərbaycana gələnlərin 49,8%-i, gedənlərin isə 68,1%-i Azərbaycan vətəndaşları, gələnlərin 68,5%-i, gedənlərin isə 73,7%-i milliyətcə azərbaycanlılar, müvafiq olaraq 6,2%-i və 4,7%-i ruslar, 5,8%-i və 3,6%-i türklər, 2,9%-i və 2,4%-i gürcülər olub.
Miqrantların son yaşayış yeri üzrə məşğuliyyətinə görə gələnlərin 25,2%-i ticarət sistemində, 6%-i nəqliyyatda işçiləri, 4,7%-i fəhlə, 4,3%-i müəllim, 3,5%-i mühəndis, 3,1%-i həkim, 3,1%-i kənd təsərrüfatı, 2,1%-i maliyyə, mühasibat və bank, 1,6%-i rəhbər işçi, 7,9%-i evdar qadın, 6,9%-i tələbə, 3,9%-i işsiz, 2,6%-i pensiyaçılar olub. İşləməyə gələnlərin 30,8%-i ticarət işçiləri, 10,5%-i fəhlə, hərəsi 5,7%-i rəhbər işçilər, və mühəndislər, müalicəyə gələnlərin 16,5%-i pensiyaçılar, 14,3%-i isə evdar qadınlar olub.
İş tapmaq imkanı olmadığına görə ölkəyə gələn miqrantların 82,3%-i, gedənlərin isə 85%-ni azərbaycanlılar təşkil edib. Türklərin xüsusi çəkisi müvafiq olaraq 7,1% və 2,4%, rusların - 0,9% və 1,1% olub.
Əmək haqqının azlığına görə öz ölkəsini tərk edib Azərbaycana gələnlərin 77,3%-ni, Azərbaycandan gedənlərin isə 86,9%-ni milliyyətcə azərbaycanlılar, müvafiq olaraq 9,1%-ni və 1,6%-ni türklər, 2%-ni və 0,7%--ni ruslar təşkil edib.
Azərbaycana gələnlərin 52,1%-i bir ayadək, 14,4%-i 1-6 ay, 5,3%-i 7-12 ay və 28,2%-i 1 ildən artıq müddətə gəlib. Gedənlərin xüsusi çəkisi qeyd edilən müddətlərə görə müvafiq surətdə 53,2%, 18,1%, 8,7% və 19,9% olub. Azərbaycana gələn Hindistan (64,3%), Böyük Britaniya (27%), Pakistan (25,6%) və Almaniya (21,9%) vətəndaşları arasında 1 ildən artıq müddətə gələnlərin xüsusi çəkisi daha çox olub.
Sosial
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək
“Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” birinciliyinin final mərhələsinə start verilib
Xəbər Lenti
Starmer Londonda Rutte ilə görüşüb
DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib
Monakoda partlayış nəticəsində üç nəfər yaralanıb
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib
"Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqlayıb
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq
DÇ-26: Braziliya 1/8 finala çıxıb
Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb, 5000-dən çox insan yaralanıb
Livan hökuməti ordunu İsraillə sərhəd boyunca yerləşdirmək niyyətindədir
İran XİN: Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacağıq
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Milli Müdafiə Universiteti HHQ ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edib
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində razılığa gəlib
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Hacıqabulda 2 mərtəbəli ev yanıb - FOTO
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
ADY yay qrafikinə keçir
Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olunub
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Tehran-Dubay aviareysi bərpa olunub
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Birinci Türkoloji Qurultayın 100 illiyi: Bakı Türk dünyasının humanitar gündəmini müəyyənləşdirən platformaya çevrilir
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
Ağ Ev: Kuşner və Uitkof İranla danışıqlarda iştirak edəcək
Sabahdan bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub
İyulda temperatur bəzi yerlərdə bir qədər yüksək olacaq - AYLIQ PROQNOZ
Qaluzin: Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib
Rusiya Dneprə ballistik raketlə zərbə endirib: 5 nəfər ölüb, 29 yaralı var - YENİLƏNİB