Bank Of Baku

Liviya səfiri Şərqşünaslıq İnstitutunda olub

Liviya səfiri Şərqşünaslıq İnstitutunda olub
# 05 mart 2010 13:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Liviyanın Azərbaycandakı səfiri Saad Mustafa Mucbir AMEA Şərqşünaslıq İnstitutunda olub. İnstitutdan APA-ya verilən məlumata görə, səfir Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, Azərbaycan-Liviya parlamentlərarası dostluq qrupunun rəhbəri Gövhər Baxşəliyeva ilə görüşüb.

Saad Mustafa Mucbir bildirib ki, Azərbaycanla ölkəsinin mövcud elmi əlaqələrini öyrənmək və inkişafı yollarını müzakirə etmək istəyir. G. Baxşəliyeva isə institutda ərəbşünaslıq sahəsində görülən işlərdən söz açıb, səfiri institutda son zamanlar çap olunmuş kitablar və elmi jurnallarla tanış edib. O, Azərbaycanın şərqşünas alimləri üçün Liviya kitabxanalarında olan qədim mənbələrin, xəritələrin əhəmiyyətli olacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR