Bank Of Baku

BQXK: Müharibə və məcburi köçürmə zamanı çox vaxt qadınların səsi eşidilmir, onların spesifik ehtiyaclarına məhəl qoyulmur

BQXK: Müharibə və məcburi köçürmə zamanı çox vaxt qadınların səsi eşidilmir, onların spesifik ehtiyaclarına məhəl qoyulmur
# 05 mart 2010 14:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Müharibə və məcburi köçürmə zamanı çox vaxt qadınların səsi eşidilmir, onların spesifik ehtiyaclarına məhəl qoyulmur. Yardım alan passiv qüvvəyə çevrilmiş qadın stereotipi qadınları onlara aid qərarların qəbul edilməsində iştirakdan təcrid edir". APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) qadın və müharibə məsələləri üzrə məsləhətçisi Nadin Pueçqirbalın 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yaydığı açıqlamasında bildirilir. N. Pueçqirbal qeyd edib ki, müharibə nəticəsində öz yerlərindən didərgin salınmış qadınlara onların gələcəkləri ilə bağlı məsələlər üzrə qərarların qəbul edilməsi zamanı geniş səs hüququ verilməlidir.

Bu, xüsusilə humanitar təşkilatların və məcburi köçkünlərə digər yardım göstərən qurumların qəbul etdikləri qərarlara aiddir: “8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində BQXK diqqəti bütün dünyada silahlı münaqişələr nəticəsində öz yerlərindən didərgin düşmüş qadınların göstərdiyi gücə və mətanətə yönəldir. Qadınların ehtiyacları və bu ehtiyacların hansı yolla ödənilməsi ilə bağlı onların özü ilə məsləhətləşməmək, göstərilən yardımın keyfiyyətini və səmərəliliyini azaldır. Silahlı münaqişə nəticəsində köçkün düşmüş və çox vaxt öz uşaqları ilə tək yaşayan qadınlar tez-tez cinsi zorakılığa, ayrı-seçkiliyə və hədə-qorxuya məruz qalırlar. Bir çoxları həmçinin kasıb həyat və sosial təcridolunma problemləri ilə də üzləşirlər. Buna görə beynəlxalq humanitar hüquqda qadınların müdafiə olunması üçün spesifik müddəalar nəzərdə tutulur. Çox zaman qadınlar müharibə zamanı dəhşətli zorakılığa və qəddarlığa məruz qalırlar. Lakin məsələ bununla bitmir. Bir çox qadınlar özlərinə və ailələrinə yeni həyat qurmaq üçün təqdirəlayiq dəyanət göstərir və qarşıya çıxan problemlərlə mübarizə aparırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR